Kampaniyalar

Test Drive
Nissan subscription
  • “Nurgün Motors” müştərilərini sevindirməyə davam edir!
    2016-08-04

    Hər zaman müştərilərini maraqlı yenilik və güzəştlərlə sevindirən  “Nurgün Motors”un start verdiyi yeni kampaniyanın şərtlərinə əsasən, zəmanət müddəti bitmiş Nissan sahibləri ümumi servis xərclərinə 15% endirim imkanından yararlana biləcəklər! Əlavə olaraq, hərəkətli hissələrin diaqnostikası ödənişsiz həyata keçirilir.

    Həmçinin, Nissan servis xidmətindən istifadə edərkən avtomobil sahibləri öncədən vaxt təyin etsələr, servis mərkəzində gözləmədən keçə bilməkdən əlavə  5% endirim imkanı əldə edəcəklər! Öncədən qeydiyyat üçün (055) 218 40 50 nömrəsinə ən azı 1gün öncə saat 14:00 -17:00 arası zəng edib müraciət etmək lazımdır:

    Nissan servis mərkəzləri avtomobillərin diaqnostikasının aparılması üçün rəsmi istehsalçının tövsiyyə etdiyi elektron alətlərlə təchiz olunub və bununla yanaşı, bu avadanlıqlar ən son yenilikləri dəstəkləmək və istehsalçının proqram təminatı üçün onlayn vəhdətdə çalışır.

    Nəzərinizə çatdıraq ki, rəsmi Nissan servis mərkəzləri hər bir Nissan modeli üçün individual hazırlanmış xüsusi alət və avadanlıqlar ilə də təmin edilir. Bu alətlərin vasitəsilə, avtomobilinizin istənilən hissəsində görüləcək təmir işləri yüksək təhlükəzlik şərtləri altında icra olunur. Nissan rəsmi servis mərkəzləri Yaponiyadan gətirilmiş orijinal və zəmanətli ehtiyat hissələrindən istifadə edir.

    O cümlədən, rəsmi Nissan servisin bütün əməkdaşları “Nissan”ın qlobal və texniki təlim mərkəzləri üçün xüsusi hazırlanmış texniki, mütəmadi təlimlərə cəlb olunur ki, bu da personalın təkmilləşdirilməsinə və Nissan avtomobil sahiblərinə ən son standartlar əsasında xidmət göstərilməsinə şərait yaradır.

    Avtomobilinizi peşəkarlara etibar edin!


  • Nurgün Motors Yeni Kampaniyaya Start Verdi!
    2016-06-06

    Hər zaman yeni kampaniya və güzəştlərlə müştərilərini sevindirən “Nurgün Motors”  yeni servis kampaniyasına start verdi! Qüvvədə olan kampaniya müddətində bütün zəmanəti bitmiş Nissan sahibləri servis xidmətlərindən istifadə edərkən 15% endirim imkanı əldə edəcəklər! Bununla bərabər, hərəkətli hissələrin diaqnostikası ödənişsiz həyata keçiriləcək!

    Yuxarıda qeyd olunmuş avtomobillərin Azərbaycanda rəsmi distribütoru olan “Nurgün Motors” servis mərkəzləri avtomobillərin diaqnostikası üçün rəsmi istehsalçının tövsiyyə etdiyi elektron alətlərlə təchiz olunub. Bu avadanlıqlar ən son yenilikləri dəstəkləyir və istehsalçının proqram təminatını onlayn rejimdə yeniləyir.

    Nəzərinizə çatdıraq ki, rəsmi servis mərkəzləri hər bir model üçün fərdi hazırlanmış xüsusi açar dəstləri ilə təmin edilir. Avtomobilinizin istənilən hissəsində görüləcək təmir işləri əvəzolunmaz alətlər vasitəsi ilə və orijinal hissələrdən istifadə etməklə yüksək təhlükəzlik şərtləri altında icra olunur.

    Avtomobilinizi peşəkarlara etibar edin!

    Əlaqə nömrəsi:

    Tel: (012) 934; (012) 448 38 38; (012) 430 90 90

     


  • Nissan servis mərkəzlərində sərin yay kampaniyasına start verildi!
    2016-05-05

          Hər zaman yeni kampaniya və güzəştlərlə öz müştərilərini sevindirən “Nissan Servis”  yeni kampaniyaya start verdi! Belə ki, kampaniya müddətində zəmanət müddəti bitmiş avtomobil sahibləri ehtiyyat hissəslərinə və işçilik haqqına   20% endirim imkanından yararlana biləcəklər! Əlavə olaraq, hərəkətli hissələrin və soyutma sisteminin diaqnostikası ödənişsiz həyata keçirilir.

    Bununla yanaşı, kampaniya müddətində bütün Nissan servis xidmətindən istifadə edərkən avtomobil sahibləri öncədən vaxt təyin edib servisə gəlsələr 5% endirim imkanı əldə edəcəklər! Öncədən qeydiyyat üçün ən azı 1 gün öncə (055) 218 40 50 nömrəsinə zəng  edib müraciət etmək lazımdır:

    Nissan avtomobillərin Azərbaycanda rəsmi distribütoru olan “Nurgün Motors” Nissan servis mərkəzləri avtomobillərin diaqnostikasının aparılması üçün rəsmi istehsalçının tövsiyyə etdiyi elektron alətlərlə təchiz olunub və bununla yanaşı, bu avadanlıqlar ən son yenilikləri dəstəkləmək və istehsalçının proqram təminatı üçün onlayn vəhdətdə çalışır.

    Nəzərinizə çatdıraq ki, rəsmi servis mərkəzləri hər bir model üçün individual hazırlanmış xüsusi açar dəstləri ilə də təmin edilir. Bu alətlərin vasitəsilə və orijinal hissələrdən istifadə etməklə avtomobilinizin istənilən hissəsində görüləcək təmir işləri yüksək təhlükəzlik şərtləri altında icra olunur.

    Avtomobilinizi peşəkarlara etibar edin!

     

    Ünvan: Bakı şəh. Babək pr. 31   
    Tel: 012 448 38 38


  • Nurgün Motors yeni kampaniyaya start verdi!!!
    2016-04-22

    Hər zaman yeni kampaniya və güzəştlərlə öz müştərilərini sevindirən “Nurgün Motors”  yeni kampaniyaya start verdi! Belə ki, kampaniya müddətində 2015-ci il Nissan X-Trail və Juke modellərini xüsusi endirim və güzəştlərlə əldə edə bilərsiniz.

    Kampaniyaya əsasən, Nissan X-Trail sahibi olmaq daha da sadələşdi. Belə ki,  4000 manata qədər  endirimdən faydalanmaqla və  30% ilkin ödəniş etməklə manatla lizinq vasitəsilə arzuladığınız Nissan X-Trail sahibi ola bilərsiniz!

    Qeyd edək ki, 7 yerlik salona malik X-Trail, sükanın teleskopik tənzimlənməsi,  ön və arxa şüşələrin, yan güzgülərin elektron tənzimlənməsi,  yük bölümünün həm elektron və həm də sensorla açılıb-bağlanmasi, üçüncü sıra oturacaqlarının elektron açılıb-bağlanmasi, ksenon  fənərlərin, panoramalı lyukun avtomatik tənzimlənməsi , arxa görüntü kamerasi, arxa parklama sensorları, sükanın və ön oturacağın elektron tənzimlənməsi, sürücü oturacağının yaddaş tənzimlənməsi və s. bu kimi xüsusiyyətləri hər bir səfərinizi ideal səyahətə çevirməyə imkan verir.

    Eyni zamanda, 1 illik servis paketi də “Nurgün Motors” tərəfindən hədiyyə edilir.

     

    Həmçinin, dar və tıxaclı şəhər yollarında çevik manevr imkanlarına malik ekstravaqant şəhər krossoveri Nissan Juke modelini cəmi 4900 manat ilkin ödəniş etməklə 5 illik lizinq vasitəsilə əldə edə bilərsiniz!  O cümlədən, 3 illik kasko sığorta “Nissan Azərbaycan” tərəfindən hədiyyə edilir.

    Klimat kontrol, yan güzgülər elektrik qatlanmasi, isidilməsi,yağış sensoru, işıq sensoru, güzgülərdə dönmə işıqları, dəri ilə işlənmiş sükan, sükanın mexaniki tənzimlənməsi, intelektual açar, 360 dərəcə görüntü imkanı (ön, arxa və yan tərəflərdə kameralar), ön oturacaqların isidilməsi, inteqrasiyalı nəzarət sistemi, görünməyən zona, monitor, yan və pərdə tipli təhlükəsizlik yastıqları, mexaniki tənzimlənən halogen faralar vasitəsilə idarəetməyə tam hakim olursunuz.

     

    Bundan əlavə, bütün Nissan modellərini manatla təklif edilən sərfəli kredit şərtləri ilə də əldə etmək mümkündür. Digər modellər və kampaniya haqqında daha ətraflı məlumat üçün Nissan satış mərkəzlərinə müraciət edə bilərsiniz.

    Minimal  ilkin ödəniş etməklə avtomobil sahibi olmaq şansını qaçırmayın!

    Nəzərinizə çatdıraq ki, istehsalçı tərəfindən bütün Nissan Modellərinə 5 il və ya 155 000 km rəsmi zəmanət verilir.


  • “Nissan Azərbaycan” servis xidmətlərinə yeni Endirim Kampaniyasına start verdi!
    2016-04-11

    Kampaniyanın şərtlərinə əsasən, müddətindən asılı olmayaraq sahibləri servis üzrə mövcud olan dövri təmir paketlərinə şamil edilən 10% endirim şərtlərindən yararlana biləcəklər!

    Nissan servis mərkəzlərində rəsmi istehsalçının tövsiyyə etdiyi elektron alətlərlə avtomobillərin diaqnostikası aparılır və bununla yanaşı, bu avadanlıqlar ən son yenilikləri dəstəkləmək üçün istehsalçının proqram təminatı üçün onlayn vəhdətdə çalışır. Həmçinin, rəsmi Nissan servis mərkəzləri hər bir Nissan modeli üçün individual hazırlanmış xüsusi açar dəstləri ilə də təmin edilir. Bu alətlərin vasitəsilə, avtomobilinizin istənilən hissəsində görüləcək təmir işləri yüksək təhlükəzlik şərtləri altında icra olunur. Nissan rəsmi servis mərkəzləri yalnız Yaponiyadan gətirilmiş orijinal və zəmanətli ehtiyat hissələrindən istifadə edir.

    O cümlədən, rəsmi Nissan servisin bütün əməkdaşları “Nissan”ın qlobal və texniki təlim mərkəzlərinə xüsusi hazırlanmış texniki, mütamadi təlimlərə cəlb olunur.

    Avtomobilinizi peşəkarlara etibar edin!


  • “Nurgün Motors”dan güzəştlər Kampaniyası davam edir!!!
    2016-03-11

       “Nurgün Motors”dan  güzəştlər Kampaniyası davam edir!!!

    Nissan Avtomobillərinin Azərbaycanda rəsmi distribütoru Nurgün Motors avtomobilsevərləri sevindirməyə davam edir! Belə ki, indi Nurgün Motorsun istənilən servis mərkəzində 100000 km qət etmiş “Nissan Sunny” modellərinə yağdəyişmə kampaniyası cəmi 45 manata həyata keçirilir. Kampaniya ərzində göstərilən xidmətlərə yağ, yağ filterinin dəyişilməsi, servis haqqı aiddir.Tələsin! Kampaniya mart ayının sonuna qədər davam edəcək.


  • Manatla lizinq kampaniyası!
    2016-02-18

                                                                                                                         Nurgün Motors Bahar kampaniyasına start verdi!!!                                            

    Hər zaman yeni kampaniya və güzəştlərlə öz müştərilərini sevindirən “Nurgün Motors”  Bahar kampaniyasına başladı! Belə ki, kampaniya müddətində 2015-ci il Nissan modellərini 15% -ə dək  endirimlə əldə edə bilərsiniz. O cümlədən, manatla olan 3 illik lizinq kampaniyası müddətində səmərəli maliyyələşmə şərtlərindən faydalanmaqla Nissan modellərinə sahib olmaq daha da sadələşdi! Artıq 20% ilkin ödəniş etməklə manatla olan lizinqlə avtomobil sahibi olmaq mümkündür!

    Kampaniya çərçivəsində Nissan X-Trail modellərinə 4000 manat endirim əldə etmək mümkündür!

    Həmçinin, dar və tıxaclı şəhər yollarında çevik manevr imkanlarına malik ekstravaqant şəhər krossoveri Nissan Juke modelini minimal ilkin ödəniş etməklə 5 illik lizinq vasitəsilə əldə edə bilərsiniz!  O cümlədən, 4000 manat endirim kampaniyası Nissan Juke modelinə də aiddir!

    Eyni zamanda, modeldən asılı olaraq, 3 illik kasko sığorta da “Nurgün Motors” tərəfindən hədiyyə edilir! Bundan əlavə, bütün Nissan modellərini təklif edilən manatla sərfəli kredit şərtləri ilə də əldə etmək mümkündür. Digər modellər və kampaniya haqqında daha ətraflı məlumat üçün Nissan satış mərkəzlərinə müraciət edə bilərsiniz.

    20%  ilkin ödəniş etməklə avtomobil sahibi olmaq şansını qaçırmayın!

    Nəzərinizə çatdıraq ki, istehsalçı tərəfindən bütün Nissan Modellərinə 5 il və ya 155 000 km rəsmi zəmanət verilir.

     

    Ünvan: Bakı şəh. Babək pr. 31   Tel: (012) 448 38 38
    Ünvan: Bakı şəh., Salamzadə küç., 2 (Nəqliyyat Nazirliyinin yaxınlığı)  Tel: (012) 430 90 90; (012) 934


  • Nissan Juke modeli üçün manatla lizinq kampaniyası!
    2016-02-10

    Nissan Juke modeli üçün manatla lizinq kampaniyası!

    “Nissan Azərbaycan”  tərəfindən manatla lizinq kampaniyasının tətbiqinə start verildi! Belə ki, manatla olan 5 illik lizinq kampaniyası müddətində səmərəli maliyyələşmə şərtlərindən faydalanmaqla ekstravaqant şəhər krossoveri Nissan Juke modelinə sahib olmaq daha da sadələşdi! Artıq dar və tıxaclı şəhər yollarında çevik manevr imkanlarına malik Nissan Juke modelini minimal ilkin ödəniş etməklə 5 illik lizinq vasitəsilə əldə edə bilərsiniz! Əlavə olaraq, 3 illik kasko sığorta “Nurgün Motors” tərəfindən hədiyyə edilir! Eyni zamanda bütün Nissan modellərini təklif edilən manatla sərfəli, kredit şərtləri ilə əldə etmək mümkündür. Digər modellər və kampaniya haqqında daha ətraflı məlumat üçün Nissan satış mərkəzlərinə müraciət edə bilərsiniz.

    Nəzərinizə çatdıraq ki, istehsalçı tərəfindən bütün Nissan Modellərinə 5 il və ya 155 000 km rəsmi zəmanət verilir.

     

    Ünvan: Bakı şəh. Babək pr. 31   Tel: 012 448 38 38
    Ünvan: Bakı şəh., Salamzadə küç., 2 (Nəqliyyat Nazirliyinin yaxınlığı)  Tel: 012 430 90 90
     


  • Nurgün Motorsdan avtomobil sahibi olmaq istəyənlərə əla fürsət!
    2016-01-23

    Əsl Yapon keyfiyyətini özündə təcəssüm etdirən Nissan  avtomobillərinə sahib olmaq indi daha da sadələşdi.Belə ki, istədiyiniz Nissan modelini seçməklə illik cəmi 14% olmaqla Manatla olan Kredit vasitəsi ilə çox sərfəli şərtlərlə əldə edə bilərsiniz.Kreditin rəsmiləşdirilməsi üçün ilkin olaraq şəxsiyyət və sürücülük vəsiqəsi kifayət edir. Daha ətraflı rəsmi satış salonlarına və ya 012 934 telefon nömrəsinə müraciət edə bilərsiniz.


  • Qışa hazırllıq kampaniyası
    2015-11-27

     

       

    Nissan servis mərkəzlərində qışa hazırllıq kampaniyasına start verilib.

     

       Belə ki bütün Nissan sahibləri ilin son fürsətindən yararlanaraq avtomobillərinin Hərəkətli Hissələrinin Pulsuz Diaqnostika etdirməklə yanaşı Əlaqədar Ehtiyyat Hissələrinə və işçilik haqqına 15% endirim əldə edə bilərlər.Həmçinin avtomobilin Balans və Razval xidmətlərinə də 20% endirim tətbiq edilməkdədir.Orijinal ehtiyat hissələri və peşəkar xidmətdən istifadə edib səyahətlərinizi daha təhlükəsiz və rahat etmək üçün bu fürsəti qaçırmayın.Şərtlər 2015-ci ilin dekabr ayının sonuna kimi Nissan rəsmi servis mərkəzlərində keçərlidir. Həmçinin nəzərinizə çatdıraq ki, “Nurgun Motors“un tərkibinə daxil olan servis mərkəzləri  avtomobillərin  təmiri və texniki xidməti üzrə Azərbaycanda ilk ixtsaslaşdırılmış təmir mərkəzləridir.

    Telefon Mərkəzi: (012) 934

    E-mail: info@nurgunmotors.az


  • Nissan servis mərkəzlərində “Öncədən Qeydiyyat”
    2015-09-28

    Nurgün Motors daima müştərilərinin rahatlığını təmin etmək məqsədilə Nissan Servislərdə “Öncədən qeydiyyat” imkanını uğurla tətbiq edir. Avtomobilinin təmirə və ya ümumi diaqnostikaya ehtiyacı olan şəxslər azı 1-gün əvvəl www.nissan.az web-saytın on-line imkanları vasitəsilə və ya Nissan Servis mərkəzlərilə telefon əlaqə yaradaraq öncədən qeydiyyat xidmətindən istifadə etməklə vaxtına qənaət edə bilər.

    Belə ki, bundan sonra növbəyə yazılan şəxs servisə müraciət edərək qəbul şöbəsində gözləmədən, servis məsləhətçiləri atomobili təcrübəli, professional ustaların çalışdığı servis mərkəzinə təmirə aparır.

    Qeyd edək ki, Nissan Servis Mərkəzləri  Azərbaycanda analoqu olmayan müxtəlif müasir avadanlıqlarla təchiz olunublar. Bundan əlavə, Nissan  Servis Mərkəzlərində keyfiyyətə nəzarət, müştəri xidmətləri bölmələri fəaliyyət göstərir və görülən işlərə zəmanət verilir. 

    Əlaqə: (+994 12) 448-38-38, 430-90-90 və ya 934


  • Nurgun Motors Servis Mərkəzlərində Payız endirim kampaniyasına start verdi!
    2015-09-14

    Nurgun Motorsun Servis Mərkəzlərində Nissan avtomobilləri üçün Payız endirim kampaniyasına start verildi! 
    Kampaniya çərçivəsində İstər zəmanətli istər zəmanət dövrü bitmiş avtomobil sahibləri, iş görüldüyü halda,avtomobilin hərəkətli hissələrini PULSUZ diaqnostika etdirmək imkanı qazanır. 
    Bundan başqa, əlaqədar kampaniya üzrə xidmət haqqına (işçilik haqqı) 20% endirim , əlaqədar ehtiyyat hisslərinə isə 10% endirim əldə edə etmək imkanına sahib olacaqlar.
    Kampaniya Sentyabr və Oktyabr ayları ərzində keçərlidir.

    Əlaqə nömrəsi: 934


  • Nurgün Motorsda yağdəyişmə yağ qiymətinə
    2015-08-05

    Nurgün Motors-un servis mərkəzlərində yağdəyişmə kampaniyasına start verildi!
    Kampaniya çərçivəsində zəmanəti bitmiş bütün  Nissan avtomobillərinə yağ dəyişmə zamanı yağ filtiri və işçilik haqqı servis tərəfindən hədiyyə olunacaq. Belə ki, yalnız istifadə olunacaq yağın dəyərini ödəməklə avtomobilinizi rəsmi servis mərkəzlərində peşəkar ustalara etibar edərək, bu fürsətdən yararlana bilərsiniz.

    Kampaniya sentyabr ayının 30-na kimi keçərlidir.

    Əlaqə nömrəsi: 934


  • Nurgün Motors Servis mərkəzlərində Aksessuar Kampaniyası!
    2015-07-16

    Nurgün Motors şirkəti avtomobil sahiblərini sevindirməkdə davam edir. Belə ki,Nurgün Motors-un servis mərkəzlərində NİSSAN avtomobilləri üçün aksessuar endirim kampaniyasına start verildi.Aksessuarlarla bağlı servis mərkəzlərinə müraciət edən hər bir müştəri, əlaqədar kampaniya üzrə aksessuarların qiymətinə 15% endirim ,aksessuarlarla bağlı işçilik haqqına isə 20% endirim əldə  etmək imkanına sahib olacaqlar.Bundan əlavə Nissan Juke,Qashqai və Navara modellərinə aksessuarlarla bağlı xüsusi endirim paketidə təklif olunur.Kampaniya Avqust ayının sonuna kimi keçərlidir.

    Telefon Mərkəzi: (012) 934


  • Nurgün Motors Servis mərkəzlərində PULSUZ diaqnostika!
    2015-05-04

    Nurgün Motors şirkəti avtomobil sahiblərini sevindirməkdə davam edir. Belə ki,Nurgün Motors-un servis mərkəzlərində NİSSAN avtomobilləri üçün endirim kampaniyasına start verildi.İstər zəmanətli istər zəmanət müddəti bitmiş avtomobil sahibləri kampaniya müddətində iş görüldüyü halda,avtomobilin hərəkətli hissələrini PULSUZ diaqnostika etdirmək imkanı qazanır. Bundan başqa, əlaqədar kampaniya üzrə xidmət haqqına (işçilik haqqı) 20% endirim , əlaqədar ehtiyyat hisslərinə isə 10% endirim əldə edə etmək imkanına sahib olacaqlar. Kampaniya May ayı ərzində keçərlidir.

    Telefon Mərkəzi: (012) 934


  • NURGÜN MOTORS-DAN SƏRFƏLİ TƏKLİFLƏR!
    2015-04-21

    Nurgün Motors avtomobil sahibi olmaq istəyənlərə əlverişli imkanlar yaradır.

    İndi seqmentinin lideri olan Nissan Sunny avtomobilini cəmi 3000 AZN ilkin ödəniş etməklə əldə etmək olar. Ən əsası isə 1 illik servis paketi hədiyyə olunur.Yəni avtomobilin alındığı gündən etibarən yarana biləcək istənilən nasazlıq və istənilən xidmət növü Nurgün Motors tərəfindən hədiyyə ediləcəkdir.

    Eyni zamanda bütün Nissan Modellərini sərfəli lizinq və kredit şərtləri ilə əldə edə bilərsiniz.

    Bütün Nissan modellərinə istehsalçı tərəfindən 5 il və ya 155 000 km zəmanət verilir.

    Daha ətraflı Bakı və Regionlarda yerləşən satış salonlarımızdan məlumat əldə edə bilərsiniz.


  • Nurgün Motors-un servis mərkəzlərində ENDİRİM kampaniyası!
    2015-02-10

    Nurgün Motors avtomobil sahiblərini sevindirməkdə davam edir. Nurgün Motors-un servis mərkəzlərində Nissan avtomobilləri üçün endirim  kampaniyasına start verildi.İstər zəmanətli istər zəmanət müddəti bimiş avtomobil sahibləri kampaniya müddətində iş görüldüyü halda,avtomobilin hərəkətli hissələrini pulsuz diaqnoztika etdirmək,əlaqədar ehtiyyat hisslərinə isə 10% endirim əldə edə etmək imkanına sahib olacaqlar. Bundan başqa, əlaqədar kampaniya üzrə xidmət haqqına  (işçilik haqqı) 20% endirim nəzərdə tutulur. Kampaniya Nurgün Motors-un rəsmi servis mərkəzlərində keçərlidir. Əlaqə nömrəsi:934


  • Nurgün Motors Yeni il kampaniyasına start verdi!
    2014-12-05

    Nurgün Motors Dünya Azerbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Nissan avtomobillərinə endirim kampaniyasına start verdi.

    Kampaniya çərçivəsində Nurgün Motors Nissan avtomobillərinə 10% və daha artıq endirimlə sahib olmaq imkanı yaradır. Nurgün Motors kampaniya çərçivəsində həmçinin Nissan Micra  avtomobilinə 1950 AZN,Nissan Sunny avtomobilinə  2500 AZN,Nissan Sentra avtomobilinə  3500 AZN  ilkin ödənişlə  yararlanmaq imkanı yaradır. Belə ki, kampaniya çərçivəsində Nissan Micra avtomobilinə 11400 AZN ,Nissan Sunny avtomobilinə 12800 AZN, Nissan Sentra avtomobilinə15900 AZN,Nissan Altima avtomobilinə 22900 AZN, Nissan Partfinder avtomobilinə 31900 AZN,Nissan Navara avtomobilinə 22900 AZN lə  sahib olmaq imkanı yaradır.

    Ətraflı məlumatı Nissan salonlarından əldə edə bilərsiniz.

    Bu şansı qaçırmayın, özünüzə və sevdiklərinizə Yeni ilə Nissan hədiyyə edin!.


  • NİSSAN AZƏRBAYCANDAN EHTİYYAT HİSSƏLƏRİ HƏDİYYƏ!
    2014-10-10

    Nurgün Motors avtomobil sahibi olmaq istəyənlərə daim sərfəli imkanlar təklif edir. İndi seqmentinin lideri olan Yenilənmiş Nissan Sunny və bu günə qədər mövcud olan ən innovativ Nissan Altima modeli

    1 illik tam servis paketi və ehtiyyat hissələri hədiyyə olmaqla müştərilərə təklif edilir.

    Həmçinin yenilənmiş Nissan Sunny modelini cəmi 2500 AZN ilkin ödəniş etməklə əldə etmək olar. Şəhərimizin yollarında sayı hər gün artan Nissan Sentra modeli isə cəmi 3500 AZN ilkin ödənişlə müştərilərə təklif olunur. Eyni zamanda bütün Nissan Modellərini 15% ilkin ödəniş etməklə əldə edə bilərsiniz. Daha ətraflı (012) 934 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


  • NİSSAN AZƏRBAYCANDAN HƏYACANLANDIRAN TƏKLİFLƏR!
    2014-08-12

    Nurgün Motors avtomobil sahibi olmaq istəyənlərə daimi olaraq əlverişli imkanlar yaradır. İndi seqmentinin lideri olan Nissan Sunny modelini cəmi 2500 AZN ödəniş etməklə əldə etmək olar. Ən əsası isə 1 illik servis paketi hədiyyə olunur. Şəhərə ekstrovoqant görünüş bəxş edən Nissan Juke modelinə isə 2900 AZN ilkin ödəniş edib əldə edə bilərlər. 7 yerlik 3.5L həcmli mühərrik və 260 at gücü ilə təchiz edilmiş Nissan Pathfinder sevənlərə isə 2014-cü ilin Sentyabr ayının 15-nə kimi 3000AZN endirim edilməklə 32900AZN-ə sahib olma imkanı yaradılıb. Artıq şəhərimizin yollarında kifayət qədər görünən Nissan Sentra modelini isə 3500 AZN ilkin ödəniş eməklə sahib ola bilərsiniz.Eyni zamanda bütün Nissan modellərini 15% ilkin ödəniş etməklə əldə etmək mümkündür.


  • Nissan-dan Bahar Sevinci
    2014-03-11

    NISSAN-dan Bahar Sevinci! Nissan Azərbaycan Bahar Kampaniyası ilə avtomobil sahibi olmaq istəyənlərə inanılmaz endirimlər etdi. Daim avtomobil sevərləri sevindirməyə çalışan Nissan Azərbaycan endirim kampaniyasına start verdi. Kampaniya müddətində sərfəli şərtlərlə Nissan modelini əldə etmək və müasir, dəbli və ən önəmlisi yapon keyfiyyətinə əlverişli şərtlərlə sahib olmaq olar. Şəhərin bütün yollarında ən yaxşı və etibarlı yol yoldaşınız, qənaətcil, Nissan Micra –cəmi 11800 manat. Ekstravaqant görünüşlü dinamik krossover Nissan Juke - cəmi 17400 manat. Aqressiv şəhərli Nissan Qashqai- cəmi 18800 manat. Hər cür yol şəraitinə uyğun Nissan X trail- cəmi 24800 manat. Keyfiyyəti və etibarlılığı özündə cəmləyən Nissan Altima– 22900 manat . Əfsanəvi yolsuzluq avtomobili Nissan Patrol isə 72800AZN. İndi bütün “Nissan” modellərini cəmi 15% ilkin ödəniş etməklə, 1 ildən 5 ilə qədər müddətə lizinq yolu ilə əldə etmək olar. İllik faiz 16%-dən başlayaraq müştərilərə təqdim edilir. Həmçinin avtomobillərin yeni şərtlərlə bank krediti əsasında satışı da davam etdirilir. Bundan əlavə Nissan Azərbaycan Nissan salonlarından alınan bütün Nissan modellərinə 5 il və ya 155 000 km zəmanət verir. 2014-cü il bahar müjdəsini Nissandan alın ! Kampaniya mart ayının 31-dək davam edəcək.


  • Nissan Micra və Nissan Sunny avtomobillərinin satış şərtləri yeniləndi
    2013-03-25

    Nissan MicraNissan Sunny avtomobillərinin satış şərtləri yeniləndi.

    Seqmentində ən geniş salona malik etibarlılı sedan Tam Yenilənmiş Nissan Sunny avtomobilini əvvəlkindən 1200 manat daha sərfəli qiymətlə, şəhərin darısqal yollarında ən yaxşı və etibarlı yol yoldaşınız, qənaətcil Nissan Micra avtomobilini isə əvvəlkindən 500 manat daha sərfəli qiymətlə əldə edə bilərsiniz.


  • NISSAN BAYRAM SEVİNCİNƏ SEVİNC QATMAQDA DAVAM EDİR!
    2013-03-20

    Nissan Azərbaycan Novruz bayramı ərəfəsində avtomobil sahibi olmaq istəyənlərə daha əlverişli satış şərtləri təklif edir. İdeal şəhər avtomobil Nissan Micra almaq istəyən müştərilərdən bank və sığorta xərcləri daxil cəmi 1950 manat ilkin ödəniş etmək tələb olunur. 1 illik sığorta xərci Nurgün Motors-dan müştərilərə Novruz hədiyyəsi olunur.

    Ekstravaqant görünüşlü dinamik krossover Nissan Juke modelini isə bank və sığorta xərcləri daxil cəmi 3500 manat ilkin ödənişlə əldə etmək mümkündür. 2 illik sığorta isə müştərilərə Nissan Azərbaycandan Novruz hədiyyəsi olunur.

    Nissan Qashqai üçün ilkin ödəniş bank və sığorta xərci daxil olmaqla cəmi 4000 manat, Nissan X trail üçün ilkin ödəniş isə bank və sığorta xərci daxil olmaqla cəmi 4900 manatdır. Hər iki model üçün 3 illik sığorta xərci Nurgün Motors-dan alıcılara hədiyyə ediləcək.

    Nissan Qashqai üçün ilkin ödəniş bank və sığorta xərci daxil olmaqla cəmi 4000 manat, Nissan X trail üçün ilkin ödəniş isə bank və sığorta xərci daxil olmaqla cəmi 4900 manatdır. Hər iki model üçün 3 illik sığorta xərci Nurgün Motors-dan alıcılara hədiyyə ediləcək.

    Nissan Azərbaycan Novruz öncəsi zəmanət müddətinə də yenilik etdi. İndi Nissan salonlarından alınan bütün Nissan modellərinə 5 il və ya 155 000 km zəmanət verilir.

    Bu bayram Nissanla daha unudulmaz olacaq!


  • NOVRUZDA HƏYATINI NISSANLA YENİLƏ
    2013-03-15

    Nissan Azərbaycan bayram ərəfəsində alıcılarını sevindirməyə davam edir. Artıq Nissan modellərini daha sərfəli şərtlərlə əldə etmək mümkündur. İndi tıxaclı şəhər yollarında ən yaxşı yolyoldaşınız olacaq Nissan Micra modelini əldə etmək üçün ilkin ödəniş bank və sığorta xərci daxil olmaqla cəmi 1950 manatdır, 1 illik sığorta isə Nissan Azərbaycandan hədiyyə olunacaq. Geniş salonu ilə fərqlənən Nissan Sunny üçün isə ilkin ödəniş bank və sığorta xərci də daxil olmaqla cəmi 2900 manatdır, 1 illik sığorta isə hədiyyə olaraq veriləcək . Bundan əlavə Sunny avtomobilinin qiymətinə 500 manat endirim olunur.

    Ekstravaqant görünüşə malik dinamik krossover Nissan Juke modeli üçün ilkin ödəniş bank və sığorta xərci daxil olmaqla cəmi 3500 manatdır. Bundan əlavə Qashqai üçün ilkin ödəniş bank və sığorta xərci daxil olmaqla cəmi 4000 manat, Nissan X trail üçün ilkin ödəniş isə bank və sığorta xərci daxil olmaqla cəmi 4900 manatdır.Hər iki model üçün 2 illik sığorta isə Nissan Azərbaycandan hədiyyə olaraq alıcılara hədiyyə ediləcək. Nissan Azərbaycan Noruz öncəsi zəmanət müddətinə yenilik etdi. İndi Nissan salonlarından alınan bütün Nissan modellərinə 5 il və ya 155 000 km zəmanət verilir.




ƏSAS LİNKLƏR