Xəbərlər

Test Drive
Nissan subscription

2016-07-20

«Nissan» karbon dioksid tullantılarını əhəmiyyətli dərəcədə azaldır

 

Nissan Motor Korporasiyası son on ildə apardığı məqsədyönlü siyasəti nəticəsində karbon dioksid tullantılarının 22.4%-ə qədər azaldıldığını bəyan edib.

Təsadüfi deyil ki, “Nissan”ın zərərli tullantıların azalması, sıfır tullantılı nəqliyyat vasitələrinin istehsalına üstünlük verməsi sayəsində çoxsaylı avtomobil istehsalçıları içində qlobal Karbon Qazından İstifadənin Məhdudlaşdırılması Layihəsinin ən yüksək göstəricilərinə malik avtomobil şirkəti adına layiq görülüb.

Bu göstərici dünyəvi problem olan iqlim dəyişikliyi baxımından olduqca önəmlidir. İnamla qeyd etmək olar ki, Nissan bu sahədə liderlər sırasındadır.

Nissan, avtomobillərin istehsal prosesini də bu prinsip əsasında qurur. Kompaniya 2016-cı ildə istehsal etdiyi məhsulların 25%-ni təkrar emal materiallarından istifadə etməklə yaradılmasını qarşıya məqsəd qoyur.

Karbon dioksid tullantılarının minimuma endirilməsi

“Nissan” karbon tullantılarını azaltmaq üçün bir çox nəhəng layihələr həyata keçirib. Bunlardan bir neçəsinə nəzər salaq:

Nissan Böyük Britaniyanın Sunderland şəhərində olan zavodunda quraşdırdığı 10 külək turbini və 19, 000 günəş paneli vasitəsilə illik 31, 000 avtomobil istehsal etmək gücünə malik zavodun ümumi enerji israfının 7%-ni təbii ehtiyatlar hesabına təmin edib.

2013-cü ildən bəri Meksikanın Aquaskalientes zavodunda külək enerjisi daxil olmaqla bərpa edilə bilən enerji mənbələrindən alınan enerji avtomobil istehsalı üçün sərf olunan enerjinin 50%-ni təşkil etmişdir.

“Nissan”ın Yaponiyadakı təsisatları olan Nissan Texniki Mərkəzi, Toçigi, Oppama, Yokohama zavodları və Zama əməliyyat Mərkəzi təmiz enerji hesabına fəaliyyət göstərir.

Gələcəyin avtomobili – Nissan LEAF

Nissan dünyanın ən çox satılan elektrik avtomobili LEAF-in istehsalına başlayan zaman ətraf mühit problemlərini meyar olaraq qəbul edib və bu sahədə möhtəşəm uğura imza atıb.

Avtomobilin təqdimatından ötən qısa müddət ərzində dünyada 200,000-dən çox Nissan LEAF elektromobili satılmışdır.

  • ABŞ-da  yeni LEAF avtomobilini əldə edən şəxslər xüsusi olaraq bu məqsədlə quraşdırılmış pulsuz elektrik doldurma stansiyalarından iki il ərzində pulsuz istifadə edə bilərlər.
  • “LEAF”in yüksək tutumlu litium-ion battareyalarını elektrik enerjisi ilə doldurmaq üçün istifadə olunan avadanlıq tam təhlükəsiz və rahat şəkildə evlərdə də quraşdırıla bilər.
  • “Nissan”ın 2015-ci ildə Yaponiyada 1119 elektrik doldurma stansiyası quraşdırılıb. Avropada onların sayı ilin sonuna qədər 278-ə çatacaq.
  • İordaniya 2016-cı ilin iyun ayında 100 ədəd Nissan LEAF və Nissan            e-NV200 əldə edib. Bu elektromobillər əmmanın əl-Mumayazın taksi şirkətinin istifadəsinə veriləcək və bununla da Orta Şərqdə istifadə olunacaq ilk elektrik nəqliyyat vasitələri olacaq.
  • Nissan LEAF Norveçdə ən çox satılan elektroavtomobildir. Ümumilikdə, LEAF modeli satış həcminə görə bu ölkədə üçüncü pillədədir.

 

 

 

 

 

 


2016-07-20

“Nissan” Orta Şərqdə “Nismo” modelləri üçün xüsusi salon yaratdı

 

Bu günlərdə “Nissan” ilk dəfə olaraq Orta Şərqdə “Nismo” modellərini nümayiş etdirəcək salonu təqdim etdi. Dərhal qeyd edək ki, “Nismo Corner” tamamilə yeni salon konsepsiyadır. O cümlədən, “Nismo” “Nissan”ın tüninq üzrə ixtisaslaşan bölümüdür.

 

“Nismo Corner” 2015-ci ilin oktyabr ayından “Nismo” brendinin regional inteqrasiyası istiqamətində işlər aparır. “Nissan” ilk olaraq “Nismo Corner” salonlarının açılışını Yaxın Şərqdən başlayır. Yapon şirkəti bunun ardınca 7 regional diler üçün də bu tip satış mərkəzləri açmaq niyyətindədir.

 

“Nissan”ın Orta Şərq üzrə icraçı direktoru  Samir Çerfan regionun kompaniya üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamaqla bərabər, bildirir ki, hazırda fəaliyyətə başlayan “Nismo Corner” maksimum dəbdəbə və perfomansı özündə birləşdirən “Patrol Nismo”nun xüsusiyyətlərini müştərilərin nəzərinə tam şəkildə  çatdırmaq üçün xüsusi dizayn edilib.

 

Körfəz ətrafı yeddi ölkədə dilerliyi olan “Nissan” “Nismo Corner”Iər vasitəsilə “Nismo” brendinin əsas xüsusiyyətlərini qabarıq şəkildə vurğulayır. İlk olaraq “Nismo Corner” salonları Dubayda və Abu-Dabidə fəaliyyətə başlayıb.  

 

Müasir baxışlı yaradıcı komandanın mütərəqqi ideyalarını özündə birləşdirən “Nismo Corner”lər alıcının avtovobillə ünsiyytətini fərqli şəkildə təqdim edir. Hər bir müştəriyə avtomobillə təmasda olmaq və satış təmsilçiləri ilə məsləhətləşmək üçün kifayət qədər məkan ayrılmışdır.

 

“Nismo”nun regionda satılan ilk modeli 2016-cı ilin mart ayında təqdim olunan “Patrol Nismo”dur. Bunun ardınca digər modellərin salonları zənginləşdirəcəyi gözlənilir.


2016-06-16

Nissan Pro Pilot Yaponiyanın Ise-Sima şəhərində keçirilən G7 ölkələri liderlərinin sammitində diqqətləri öz üzərinə çəkib

 

Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin (G7) dövlət başçılarının növbəti sammiti 26-27 tarixlərində Yaponiyada keçirilib. Sammit ərzində Nissanın mahiyyətcə yeni – Nissan LEAF texnologiyası və prototipi əsasında hazırladığı Nissan Pro Pilot avtomobili böyük marağa səbəb olub. Sammit günləri ərzində 100% ekektrik enerjisindən qaynaqlanan, tam avtomatlaşdırılmış Nissan Pro Pilot tədbir iştirakçılarının ixtiyarında olub. Həmin günlərdə Avropa Şurasının sədri Donald Tuskun Nissan Pro Pilotla hərəkət etməsi və bu avtomobilin imkanlarından məmnun qalması diqqətdən yayınmayıb.

İse-Sima sammiti Nissan Pro Pilot üçün sınaq anlamına gəlirdi. Millimetr həssaslı radarlar, lazer skanerləri, kameralar və tam avtomatlaşdırılmış idarəetməni təmin edən interfeys bu unikal avtomobilin geniş imkanlarını nümayiş etdirmək üçün kifayət edib.

Yeni texnologiyaların üstünlüyünü sammit ərzində Nissan Pro Pilotdan istifadə edən Donald Tusk əməldə hiss edib. Onun avtomobili nəqliyyat vasitəsinin ətrafını 3D rejimində millimetr  dəqiqliyi ilə ölçən və optimal hərəkət trayektoriayası cızan lazer naviqasiya sistemi ilə idarə olunub. Bu avtomobildə istifadə olunan digər bir inqilabı yenilik 8 istiqaməti 360° bucaq altında görməyə malik  kameradır. Bu texnologiya dönmə əməliyyatları və yol kəsişmələrində manevrlər zamanı vəziyyəti avtonom şəkildə dəyərləndirməyə imkan verir və avtomobilə maneəsiz keçmə imkanı yaradır. Bu yenilik Nissanın ABŞ və Yaponiyada keçirdiyi sınaqlardan müvəffəqiyyətlə keçərək, texnologiya dünyasında yeni səhifə açıb.

İnsan müdaxiləsi olmadan idarə olunan Nissan Pro Pilot avtomobili 2018-ci ildən etibarən hərəkət zolaqlarını vəziyyətə uyğun şəkildə dəyişməyi bacaracaq. 2020-ci ildən etibarən isə bu avtomobillərə ən sıx hərəkərli magistral və şəhər küçələrində rast gəlmək mümkün olacaq.


2016-03-15

Nissan və Bazarstore mağazalar şəbəkəsinin birgə start verdiyi kampaniyaya yekun vuruldu!!!

 

                                                                   

Dekabrın 3-də Nissan və Bazarstore mağazalar şəbəkəsinin birgə start verdiyi kampaniyanın yekunu olaraq Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı ərəfəsində ölkənin öz kateqoriyasında ən böyük lotoreyası sona çatdı. Martın 7-də dekabrın 3-dən fevralın 29-a qədər davam edən “Super kartla Super uduş” tirajlı Lotoreyasının qalibləri müəyyən edildi.

Qeyd edək ki, Kampaniyanın əsas uduşu 3 ədəd Nissan avtomobili olmaqla uduşlu 2 Nissan Sunny və 1 Nissan Juke idi.

İlk Nissan Sunny-ni qazanan şəxs Xətai Bazarstore marketinin müştərisi Güləsər Xuduş qızı Rəhimova , ikincisi isə Gəncə şəhərindən Coşqun Ənvər oğlu Qasımov oldu. Və nəhayət, Super hədiyyəyə – Nissan Juke avtomobilinə Əhmədli Bazarstore-un müştərisi Elina İlham qızı Səmədova sahib oldu.

Sevindirici haldır ki, 3 avtomobildən ikisini 8 Mart Beynəlxalq Qadınlar günü öncəsi 2 xanım qazandı.

Kampaniyanın şanslı müştərilərinin hədiyyələri martın 13-də Bazarstore və Nissan avtomobillərinin nümayəndələrinin birgə iştirakı ilə təqdim edildi.

 


2016-02-19

Tam Yeni Nissan Maxima ilin idman avtomobili seçildi!

 

Tam Yeni Nissan Maxima ilin idman avtomobili seçildi!

 

Tam Yeni Nissan Maxima modeli, “İlin idman avtomobili” seçilərək, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Sportsman" jurnalının təşkilatçılığı ilə keçirilən “Zəfər” Yüksək İdman Naliyyətləri Mükafatına layiq görüldü! 

Unikal dizayn, yüksək performans və qabaqcıl texnologiya ilə təchiz edilmiş yeni “Nissan Maxima” əsl idman üslubu ilə premium zərifliyin unikal kombinasiyana çevrilmişdir.

 “Nissan Maxima”nın üslubu–avtomobilin “V-Motion” üslubuna malik qabaq hissəsi, bumeranqşəkilli fənərlər, böyük arxa dayaqlar və unikal axıcı formaya malik dam Nissan şirkətinin yeni dizayn üslubunu nümayiş etdirir.

Yeni avtomobil, ABŞ-ın Florida ştatı, Pensakola şəhərində yerləşən Hərbi Dəniz Aviasiyası Stansiyasındakı “Mavi mələklər” adlı təyyarələrdən ilham alınaraq işlənib hazırlanmışdır.

Bu model, orijinal tikişlərə malik alətlər paneli, qapılar və idarəetmə paneli, əhatəli işıqlanma, almaz sırıqlı haşiyələr, premium dəri oturacaq örtükləri, unikal yonulub işlənmiş qaz borusu ucluqlarına və idman üslublu D-şəkilli (yastı dibli) sükana malikdir.  

Avtomobil geniş sayda təhlükəsizlik və sürücüyə kömək vasitələri ilə təchiz olunmuşdur. Bunlara Predictive Forward Collision Warning (PFCW) – Öndən Toqquşma Xəbərdarlığı, Intelligent Cruise Control (ICC) – Ağıllı Kruiz Kontrol, Forward Emergency Braking (FEB) - Qabağa Fövqəladə Əyləcləmə Qurğusu, Rear Cross Traffic Alert (CTA) – Arxada Köndələn Trafik Xəbərdarlıq Siqnalı və Blind Spot Warning (BSW) - Görünməyən Zona Xəbərdarlığı (BSW) sistemləri aiddir. Həmçinin, Nissan Maxima baza xətti müəyyən etmək üçün idarəetmə zamanı istifadə olunan gücə nəzarət edən və sürücü yuxuladıqda və ya diqqəti yayındıqda həyəcan siqnalı verən Driver Attention Alert (DAA) – Sürücü Diqqət Xəbərdarlıq Siqnalı sistemi ilə təchiz olunub (yalnız Nissan Maxima SR modeli). 

Tələbdən asılı olaraq, Nissan Maxima modelləri Azərbaycana üç komplektasiyada idxal edilir.


2016-01-21

Detroitdə keçirilmiş Şimali Amerika Avto sərgisində Nissan TITAN Warrior Concept və Nissan IDS Concept modelləri təqdim edildi.

 

 

Şimali Amerika Avto sərgisində dünya debütü etmiş tamamilə yeni Nissan TITAN XD-nin istehsalından cəmi bir il sonra, TITAN Warrior Concept bu gün eyni səhnədə nümayiş olundu. Cummins® 5.0L V8 Turbo dizel motoru ilə təchiz olunmuş TITAN XD-nin ekstremal macəra və həmçinin, ağır yükdaşıma imkanlarını önə çıxarmaq üçün yaradılmış dizayn studiyası bütöv daxili və xarici dizayn xüsusiyyətlərini və təkmilləşdirilmiş ekstremal dayanıqlığı nümayiş etdirir.

 

 “TITAN Warrior Concet-i nümayiş etdirərkən, Nissan Motor Co., MMC və Nissanın Şimali Amerika üzrə vitse-prezidenti Jose Munyoz qeyd etdi ki, yük avtomobil alıcıları daha çox tutumla bağlı və qeyri-adi təkliflərin marağındadırlar. ”Hətta, baxmayaraq ki, yeni TITAN XD 2016 modeli keçən ay bəzi Nissan dilerlərinə çatdı, biz artıq TITAN-ın gələcəkdə fəth edə biləcəyi yeni ərazilərin axtarışındayıq”.

 

https://youtu.be/F9eBUs12ph8

 

Həmçinin, avtomat texnologiyalı nəqliyyat vasitəsi kimi, Nissan IDS Concept-in ilk dəfə öz monitorunda Şimali Amerikanın  görünüşünü verməsi Tokiyo Maşın Sərgisində ona ulduzlardan birini qazandırdı. Keçən həftə, Renault-Nissan Alyansının prezidenti Karlos Qosn elan etdiki, 2020-ci ilin sonuna qədər avtomat texnologiya ilə 10-dan çox yeni növ avtomobilin istehsalına başlayacaqlar.

 

Nissan IDS Concept sərbəst idarəetmə və sıfır karbon tullantılı elektrik nəqliyyat vasitəsi qismində Nissanın gələcək təcəssümüdür. Qabaqcıl süni intellektlə yüksək tənzimləmə və təhlükəsizlik texnologiyalarını əlaqələndirən Nissan, inkişaf edən praktiki, real tətbiqi sürmə texnologiyasına malik liderlər arasındadır.

 

https://youtu.be/h-TLo86K7Ck

 

Munyoz, həmçinin, 2015-ci ildə Nissanın davam etməkdə olan satışlarının artımının, 2015-ci ilin sonlarına doğru əsası qoyulmuş və yeni təqvim ilinə başçılıq edəcək yeni TITAN XD, Altima Sedan, Sentra razılaşmasının və yenicə dizayn olunmuş Murano və X-Trail-in satışının artdığını qey etdi.

 

 

Nissan Warrior Concept haqqında

TITAN Warrior Concept-in yaradıcılarının gələcəkdə oxşar model üzərində cəsarətli, tam ölçülü yük maşını modeli hazırlamaq prinsipləri var idi. Tenesse, Miçiqan, İndiana, Arizona, və Kaliforniyanı əhatə edən və “American TITAN”ı yaradan dizayn qrupunun bir hissəsi başa düşdülər ki, onların original TITAN dizaynı qədim yunan mifologiyasındakı döyüşçülərdən necə bəhrələnə və ekstrim macəra axtarışlarını necə təkmilləşdirə bilər.

 

TITAN XD-nin kuzovunun təkər bazasını və uzunluğunu saxlamaqla onlar orijinaldan daha güclü görkəmdə avtomaşın konsepsiyasını irəli sürdülər. TITAN-ın ikinci nəsil döyüşçüdən ilham alan modelini hazırlayanda dizayner onun xarici qoruyucu görünüşünü də asanlaşdırdı.

 

Yeni 2016 TITAN XD-nin ekstrim macəra versiyası kimi TITAN Warrior Concept tam təchizatlı nərdivan strukturundan, Cummins® 5.0L V8 Turbo Diesel mükərrikindən və özül kimi ağır standart funksiya 6 sürətli Aisin avtomatik ötürücüsündən istifadə edir. TITAN Warrior Concept –i öz rəqiblərindən fərqləndirən xüsusiyyəti onun tamamilə seçkin dizaynındadır. Öndəki standart dayanıqlıq seçilən, perfomans toplara bitişik yuxarı və aşağı qolla əvəz olunub. Kənarı ilə stabilizə olunmuş panel, yenilənmiş panel dayaqları, arxa qaldırıcı bloklarla və U-boltları ilə uzunluğu uyğunlaşdırılmış prototip oxlar yerləşdirilmişdir. Hidravlik təzyiq bamper dayanacaqları da, həmçinin, ön və arxaya əlavə olunmuşdur.

 

 

 


2015-05-27

NISSAN UEFA ÇEMPİONLAR LİQASININ FİNALINDA ELEKTRİKLİ NƏQLİYYAT VASİTƏLƏRİ SAHƏSİNDƏ LİDERLİYİNİ NÜMAYİŞ ETDİRİR

 

• Nissan Berlində keçiriləcək Final tədbirini elektrikli avtomobillər ilə təmin etməklə UEFA Çempionlar Liqası ilə tərəfdaşlığının ilk ilini qeyd edir.
• Nissan ilk dəfə olaraq UEFA Çempionlar Liqasını 100-dən çox sıfır emissiyalı nəqliyyat vasitəsi ilə təmin edir
• Avtomobil istehsalçısı Berlində 129 elektrik yükləmə stansiyası quraşdırır
• UEFA Çempionlar Festivalında Nissanın innovativ dəstəkləmə zonası adlanan sahədə azarkeşlər tərəfindən yaradılan enerji sayəsində əsas mükafat Olimpiya stadionuna aparılacaq.
• Futbol əfsanəsi Marco van Basten UEFA Çempionlar Liqasının Final tədbiri üçün səfir kimi Nissan-a qoşulur.

Elektrik nəqliyyat vasitələri üzrə dünya lideri kimi tanınan Nissan 6 iyun 2015-ci il tarixdə UEFA Çempionlar Liqasının Final tədbirini elektrikli avtomobillər ilə təmin edəcək. Avropanın ən nüfuzlu futbol yarışı ilə özünün innovativ tərəfdaşlığının bir hissəsi kimi Nissan-ın məqsədi yarış ilə bağlı azarkeşlərin təcrübəsini artırmaqdan və Berlin əhalisi üçün uzun sürən ənənə buraxmaqdan ibarətdir.
 


2015-05-21

Bahreyn Qran-Prisində İnfiniti-nin RedBull Yarış Komandasını NİSSAN-ın Yüngül Ticari Maşınları dəstəkləyir

 

Bahreyn Formula Bir Qran-Prisində Nissan ümumilikdə 8 ədəd Nissan URVAN maşınını təqdim etmişdir

Artıq dördüncü ildir ki, Nissan-ın Yüngül Ticari Avtomobilləri (LCV) Formula Bir Dünya Çempionatında RedBull Yarış komandasını dəstəkləyir. Bu il Nissan Bahreyn Formula Bir Qran-Prisi üçün 8 ədəd Nissan Urvan təqdim etmişdir.

“Nissan daha bir il İnfiniti RedBull Yarış Komandasını dəstəkləyəcəyini elan etməyə şaddır. LCV seqmentində son nəticələrə görə Nissan Urvan-ın keçən il ilə müqayisədə Fars körfəzi ölkələrində 24% yüksəlişlə avtomobillərimizin pərakəndə satışlarında əhəmiyyətli yüksəliş müşahidə edirik. Regionda avtopark maşınlarımız haqqında davamlı olaraq məlumatlılığı genişləndiririk və bu tədbir onların nəyə qadir olduqlarını nümayiş etdirməyin ən yaxşı yoludur”, deyə Nissan-ın Yaxın Şərq üzrə Direktoru Samir Cherfan bildirmişdir.

2013-cü ilin iyul ayında Nissan Urvan-ın təqdimatından sonra o, körfəz ölkələrində həm iri, həm də kiçik bizneslər üçün malların daşınmasında seçilən avtomobil olduğunu nümayiş etdirmişdir.

“Nissan LCV ilə bu tərəfdaşlıq komandamız üçün çox faydalı olmuşdur və düzgün ticarəti avtomobil partnyoru ilə işləmənin dəyərini nümayiş etdirmişdir, “Qarşılaşdığımız ən iri çətinliklərdən biri insanlar və avadanlığın daşınmasında logistika baxımından mürəkkəb əməliyyatların idarə edilməsidir və 2015-ci ildə də Nissan LCV ilə işləməyə davam edəcəyimizi məmnuniyyətlə bildiririk” deyə RedBull Yarışında İnfiniti Komandasının Rəhbəri Kristian Horner bildirmişdir.


2015-03-23

NISSAN PATROL ‘İLİN SUV AVTOMOBİLİ’

 

Nissan-ın “Hər məkanın qəhrəmanı” üçün "EvoMiddleEast" və "Automan" jurnallarından ən yüksək mükafatlar.

22 mart 2015-ci il – Nissan Patrol Yapon avtomobil istehsalçıları üçün yüksək nüfuzlu mükafatlar müəyyən edən "EvoMiddleEast" və "Automan" jurnallarının təqdim etdiyi ‘İlin SUV avtomobili‘ mükafatını qazandı.


2014-10-11

NISSAN AVTOMOBİL ŞOUSU GÖSTƏRDİ!

 

NİSSAN AZƏRBAYCAN avtomobil sevərləri sevindirməkdə davam edir. Oktyabr ayının 1-də Binəqədi Rayonu Heydər Əliyev adına İstirahət parkında Nurgün Motors şirkəti yeni Nissan modellərinin təqdimatını keçirdi. Tədbirdə yeni Nissan X-trail və yenilənmiş Nissan Sunny təqdim edildi. O cümlədən Azərbaycanda ilk dəfə yeni Nissan Patrol modelinin xüsusi qurğular vasitəsilə test yürüşü keçirildi. Eksklüziv komfort və dəbdəbə ilə əhatə olunan Nissan Patrol bir daha hər cür yol şəraitinə uyğun olduğunu və seqmentinin şəriksiz lideri olmasını sübut etdi. Yeni modellərlə daha yaxından tanış olmaq və test yürüşləri etmək istəyənlər Nissan Rəsmi Satış Mərkəzlərinə gələ və ya 934 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


2014-04-25

Nissandan Bahar Kampaniyası davam etməkdədir.

 

Daim avtomobil sevərləri sevindirməyə çalışan Nissan Azərbaycan Bahar Kampaniyasında endirimlərə davam edir. Şəhərin bütün yollarında ən yaxşı və etibarlı yol yoldaşınız, qənaətcil, Nissan Micra – cəmi 11200 manatdan, Nissan Sunny - 11490 manatdan sərfəli lizinq şərtləri ilə bütün Nissan salonlarından əldə edə bilərsiniz. Əlaqə telefonu 934

2014-03-29

NISSAN-dan Bahar Sevinci!

 

Nissan Azərbaycan Bahar Kampaniyası ilə avtomobil sahibi olmaq istəyənlərə inanılmaz endirimlər etdi. Daim avtomobil sevərləri sevindirməyə çalışan Nissan Azərbaycan endirim kampaniyasına start verdi. Kampaniya müddətində sərfəli şərtlərlə Nissan modelini əldə etmək və müasir, dəbli və ən önəmlisi yapon keyfiyyətinə əlverişli şərtlərlə sahib olmaq olar. Şəhərin bütün yollarında ən yaxşı və etibarlı yol yoldaşınız, qənaətcil, Nissan Micra –cəmi 11800 manat. Ekstravaqant görünüşlü dinamik krossover Nissan Juke - cəmi 17400 manat. Aqressiv şəhərli Nissan Qashqai- cəmi 18800 manat. Hər cür yol şəraitinə uyğun Nissan X trail- cəmi 24800 manat. Keyfiyyəti və etibarlılığı özündə cəmləyən Nissan Altima– 22900 manat . Əfsanəvi yolsuzluq avtomobili Nissan Patrol isə 72800AZN. İndi bütün “Nissan” modellərini cəmi 15% ilkin ödəniş etməklə, 1 ildən 5 ilə qədər müddətə lizinq yolu ilə əldə etmək olar. İllik faiz 16%-dən başlayaraq müştərilərə təqdim edilir. Həmçinin avtomobillərin yeni şərtlərlə bank krediti əsasında satışı da davam etdirilir. Bundan əlavə Nissan Azərbaycan Nissan salonlarından alınan bütün Nissan modellərinə 5 il və ya 155 000 km zəmanət verir. 2014-cü il bahar müjdəsini Nissandan alın ! Kampaniya mart ayının 31-dək davam edəcək.



ƏSAS LİNKLƏR