Xəbərlər

Test Drive
Nissan subscription

2015-05-27

NISSAN UEFA ÇEMPİONLAR LİQASININ FİNALINDA ELEKTRİKLİ NƏQLİYYAT VASİTƏLƏRİ SAHƏSİNDƏ LİDERLİYİNİ NÜMAYİŞ ETDİRİR

 • Nissan Berlində keçiriləcək Final tədbirini elektrikli avtomobillər ilə təmin etməklə UEFA Çempionlar Liqası ilə tərəfdaşlığının ilk ilini qeyd edir.
• Nissan ilk dəfə olaraq UEFA Çempionlar Liqasını 100-dən çox sıfır emissiyalı nəqliyyat vasitəsi ilə təmin edir
• Avtomobil istehsalçısı Berlində 129 elektrik yükləmə stansiyası quraşdırır
• UEFA Çempionlar Festivalında Nissanın innovativ dəstəkləmə zonası adlanan sahədə azarkeşlər tərəfindən yaradılan enerji sayəsində əsas mükafat Olimpiya stadionuna aparılacaq.
• Futbol əfsanəsi Marco van Basten UEFA Çempionlar Liqasının Final tədbiri üçün səfir kimi Nissan-a qoşulur.

Elektrik nəqliyyat vasitələri üzrə dünya lideri kimi tanınan Nissan 6 iyun 2015-ci il tarixdə UEFA Çempionlar Liqasının Final tədbirini elektrikli avtomobillər ilə təmin edəcək. Avropanın ən nüfuzlu futbol yarışı ilə özünün innovativ tərəfdaşlığının bir hissəsi kimi Nissan-ın məqsədi yarış ilə bağlı azarkeşlərin təcrübəsini artırmaqdan və Berlin əhalisi üçün uzun sürən ənənə buraxmaqdan ibarətdir.

UEFA Çempionlar Liqasının rəsmi avtomobil tərəfdaşı və dünyada ən çox satılan elektrik nəqliyyat vasitələrinin istehsalçısı kimi Nissan UEFA-nı 100-dən artıq elektrikli nəqliyyat vasitəsi ilə təmin etməklə Berlində qonaqların və rəsmilərin Finala daşınmasını həyata keçirəcək. Bunu dəstəkləmək üçün Nissan Tegel Beynəlxalq Hava limanı, Berlinin müxtəlif otellərinin və Olimpiya stadionunun ətrafında 129 elektrik yükləmə stansiyası quraşdıracaq. Onlardan bir neçəsi şəhərdə uzun müddətli istismara veriləcək.

“Berlində keçirilən final tədbiri Nissanın UEFA Çempionlar Liqası ilə tərəfdaşlığının birinci ilində ən yüksək səviyyədə qeyd ediləcək. Bu tərəfdaşlıq bizə elektrik nəqliyyat vasitəsi ilə bağlı öhdəliklərimizi aydınlaşdırmağa,innovasiya və Həyəcanlanma ilə bağlı brend dəyərlərimizi həyata keçirməyə imkanı verir. Mən xüsusilə məmnunam ki, UEFA ilə böyük əlaqəmiz bizə artıq Avropada Nissanın malik olduğu şəbəkəyə çoxlu elektrik nəqliyyat vasitələrinin yüklənmə stansiyalarını əlavə etməklə Berlin əhalisi üçün uzun müddətli və müsbət mənada nəisə etmək imkanı verəcək.” deyə Nissanın Avropa üzrə Marketinq bölməsinin vitse-prezidenti Bastien Schupp bildirmişdir.

3-7 iyun tarixlərində Nissan Berlində UEFA Çempionlar Festivalında interaktiv azarkeş təcrübəsinə ev sahibliyi edəcək. İştirak edən azarkeşlərin interaktiv futbol düşərgəsində 2x2 oynamaq, Nissan Performans Labirintində bacarıqlarını sınaqdan keçirmək və Sınaq Arenasında Nissanın səfirləri ilə dahiyanə anlar yaratmaq şansları olacaq.

Azarkeşlərin UEFA Çempionlar Festivalında yaratdığı enerji bərabər sayda kilovata çevriləcək və Olimpiya stadionunda UEFA Çempionlar Liqasının mükafatını Finala aparmağa kömək etmək üçün enerjini təmin etməyə sərf olunacaq. Daha çox kilovat yaradan iştirakçılar Finala biletlər və UEFA Mükafat Paradının bir hissəsi kimi yarış günündə Nissanın xüsusi olaraq təyin edilmiş e-NV200 tam elektriklə təmin edilmiş furqonunda UEFA Çempionlar festivalından Stadiona səyahət zamanı mükafatı müşayiət etmək üçün eksklüsiz imkan qazanacaq.

Futbol əfsanəsi Marco van Basten UEFA Çempionlar Liqasının Final tədbirini dəstəkləmək üçün səfir kimi Nissana qoşulacaq. Özünün karyerası boyunca yarışda iki dəfə qalib gəlməklə Marco Nissanın azarkeş təcrübələri haqqında fikirlərini belə paylaşdı: “Nissanın futbol azarkeşlərini UEFA Çempionlar Liqası ilə bağlı təntənəli tədbirlərin mərkəzində saxlaması heyrətamizdir. Azarkeşlərin cəlb olunduğu bəzi böyük tədbirlər və oyunlar vardır və bu, Finalda elektrik təmin edən mühitin yaradılmasına töhfə verməyə həqiqətən kömək edəcək.”

UEFA Çempionlar Liqasının tərəfdaşları kimi özünün birinci sezonu boyunca Nissan UEFA Çempionlar Liqasında Həftənin Qolu yarışması daxil olmaqla, həmçinin azarkeşlərə oyundan bir gün əvvəl eksklüziv qonaqlar komandası üçün treninq sesiyalarına giriş hüququ verməklə əyləncəli azarkeş tədbirlərini inkişaf etdirmək üçün UEFA ilə birlikdə işləmişdir.

Nissan 2014/2015 – 2017/2018-ci il müddətlərini əhatə edən razılaşma ilə UEFA Super Kubokunun və UEFA Çempionlar Liqasının rəsmi qlobal sponsorudur. Rəsmi tərəfdaş kimi Nissan özünün çoxlu sayda eksklüziv məhsul və xidmətləri ilə Avropanın ən nüfuzlu futbol klublarının yarışına cəlb olunacaq.

Nissan Berlində – Qısa faktlar

• Nissan LEAF və e-NV200 daxil olmaqla 100 ədəd elektrikli nəqliyyat vasitəsi Finalın Berlində təşkili üçün Nissan tərəfindən təmin olunacaq.
• Nissan nəqliyyat vasitələrinin parkında avtomobillərin elektriklə yüklənməsi üçün Olimpiya stadionu və Tegel Hava limanı daxil olmaqla 129 elektrik yükləmə nöqtəsi quraşdırılacaq.
• Berlindəki elektrik nəqliyyat vasitəsindən istifadə edənlərin təkmilləşmiş infrastrukturdan yararlanmaları üçün bunlardan bir neçəsi yerində qalacaq.
• Bura Nissanın istənilən brendinin Avropada quraşdırılan 1400+ sürətli yükləmə nöqtəsi daxildir.
• UEFA Çempionlar Festivalı “mükafatın Finala daşınması”na sərf olunacaq barabər sayda enerjini yaratmaq üçün azarkeşləri ruhlandıracaq xüsusi qurğunu təqdim edəcək.
• Ənənəvi e-NV200 mükafatını oyun günü UEFA Çempionlar Festivalından Finala aparacaq.