Xəbərlər

Test Drive
Nissan subscription

2015-03-23

NISSAN PATROL ‘İLİN SUV AVTOMOBİLİ’

Nissan-ın “Hər məkanın qəhrəmanı” üçün "EvoMiddleEast" və "Automan" jurnallarından ən yüksək mükafatlar.

22 mart 2015-ci il – Nissan Patrol Yapon avtomobil istehsalçıları üçün yüksək nüfuzlu mükafatlar müəyyən edən "EvoMiddleEast" və "Automan" jurnallarının təqdim etdiyi ‘İlin SUV avtomobili‘ mükafatını qazandı.

Belə ki, Nissan Patrol avtomobili nə üçün ‘Hər məkanın qəhrəmanı‘ olduğunu bir daha sübut etdi. Yüksək kvalifikasiyalı, çox güclü, etibarlı və uzunömürlü avtomobil kimi Patrol Yaxın Şərq bazarında analoqu olmayan avtomobil nüfuzuna sahibdir.

"EvoMiddleEast" BƏƏ-də dərc olunan ən nüfuzlu avtomobil jurnallarından biri hesab olunduğu kimi, "Automan" da Omanda aparıcı avtomobil jurnalı hesab olunur.Onların İlin avtomobili mükafatı Orta Şərqdə ən qürurverici məqam hesab olunur.


"EvoMiddleEast" və "Automan" jurnallarının mükafatları da Nissan Patrol-un Yaxın Şərqdə qazandığı 24 digər nüfuzlu mükafatına əlavə olunmuşdur.

Nissan-nın Orta Şərqdəki flaqmanı (Patrol) 2014-cü ilin fəxri adlardan bəzilərini alıb, bunlara: BBC Top Gear Middle East, Sport Auto jurnalı, Saudi Auto jurnalı, Motorshow, PR Arabia Awards, Saudi Motors, Entrepreneur Middle East jurnalı, Automobile jurnalı, Automobile TV Show, Aswak Al Sayara Al Arabia, Car Xpress jurnalı, Evo Middle East, Middle East Car jurnalı, Gulf Autos, Auto Middle East, Alam Al Sayyarat, Aswak Al Sayyarat, Car Express, Car on Web, Cars & Speed and Guinness World Records daxildir.