Zəmanət

Test Drive
Nissan subscription

 

Hər zaman müştəri məmnuniyyətini ön planda tutan, Nissan avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Nurgün Motors” Şirkəti alıcılarına satış sonrası avtomobillərə texniki servis mərkəzləri ilə də dəstək göstərir. Şirkətin tərkibinə daxil olan servislərdə texniki xidməti Avropa standartlarına uyğun şəkildə Nissan tərəfindən hazırlanmış və müxtəlif texniki kurs keçmiş heyət həyata keçirir.

 

Servisdə müştərilərin qarşılanması, avtomobillərin problemlərinin ilkin olaraq öyrənilməsi üçün yüksək ixtisaslı, böyük iş təcrübəsinə malik qəbul şöbəsi personalı fəaliyyət göstərir. Servis mərkəzində keyfiyyəti ilə seçilən məhşur markalı avadanlıqlardan istifadə olunur. Avtomobillərin təmirində “MAHA” qaldırıcı qurğularından, “BEİSSBARTH” təkərlərin sökülüb-taxılması və balans edilməsi aparatından, “MAHA” razval aparatından, elektron diaqnostika edilməsi üçün xüsusi olaraq istehsalçı şirkət tərəfindən göndərilmiş “CONSULT” aparatından, amortizatorların kompyuter vasitəsilə işləmə faizinin göstərilməsi üçün “MAHA” diaqnostika qurğusundan, rəngsaz işlərinin aparılması və boyaların tam dəqiqliyi ilə hazırlanması üçün “USİ İTALİA” rəngləmə kamerasından, ağır yol qəzalarından sonra təmir zamanı kuzovun həndəsi dəyişdirilməsi və bərpası üçün “CAR-O-LİNER” avtorobotundan istifadə olunur. Orijinal Nissan Ehtiyyat hissələri, yoxlanışı və istehsalı Nissan tərəfindən həyata keçirilmişdir və orijinal olmayan hissələrlə müqayisədə yüksək keyfiyyətə malikdir. Cari texniki məlumat kataloqları, texniki bülletenlər və nəticələr ardıcıl şəkildə bütün Nissan Servislərinə göndərilir. Beləliklə, professional tövsiyyə və xidmət ala biləcəyiniz heyət avtomobiliniz haqqında tam mükəmməl məlumata malikdirlər

 

“Nurgün Motors” rəsmi idxalçısı olduğu Nissan avtomobilləri üçün Servis mərkəzində öz müştərilərinə aşağıdakı xidmətləri təklif edir və göstərilən bütün işlərin keyfiyyətinə zəmanət verir:

 

Çilingər sexi:

 

  • Hərəkətli hissələrin diaqnostikası

  • Sıradan çıxmış ehtiyyat hissələrin dəyişdirilməsi

  • Təkərlərin balans edilməsi, şinomontaj və həndəsi yoxlanılması

  • Təkər disklərinin təmiri

  • Amortizatorların diaqnostikası

  • Sürət qutusunun sökülüb-yığılması

 

Elektronika sexi:

 

  • Avtomobillərin elektron diaqnostikası

  • Kondisioner sisteminin təmiri və freon vurulması

  • Elektron xəttlərin tənzimlənməsi və bərpası

  • Müxtəlif elektron aksessuarların quraşdırılması

 

Mühərrik sexi:

 

  • Mühərrikin diaqnostikası

  • Mühərrik sisteminin tam sökülüb-yığılması və təmiri

 

ADR (armatur, dəmirçi, rəngsaz) sexi:

 

  • Avtomobilin istənilən kuzov hissələrinin sökülüb-yığılması

  • Avtomobilin salonunda səsin aradan qaldırılması

  • Kuzov hissələrinin həndəsi bərpası və ya dəyişdirilməsi

  • Kompyuter vasitəsilə rənglərin seçimi

 

Avtomobilin ayrı-ayrı hissələrinin ilkin rəngindən seçilməyərək rənglənməsi



ƏSAS LİNKLƏR