FAQ

Test Drive
Nissan subscription

Endirimlərlə bağlı kampaniyalar barədə məlumatı mütəmadi olaraq necə ala bilərəm?

    Endirimlərlə bağlı məlumatı saytımızdakı xəbərlər bölümündən qeydiyyatdan keçməklə və sosial səhifələrimizi izləməklə ala bilərsiniz.

KİV-də yayımlanan elanlarda gördüyümüz ilkin ödənişə Dövlət Qeydiyyat Nişanı-na (DQN) ödənilən məbləğ daxildir?

    KİV-də yayımlanan elanlarda göstərilən ilkin ödənişə DQN-na aid məbləğ daxil deyildir. Belə ki, bu alıcının seçimi əsasında təyin olunan məbləğdir. Nurgün Motors olaraq, biz bu xidməti ödənişsiz şəkildə həyata keçirə bilərik. DQN-ya aid olan məbləğ isə DYP-nə ödəniləcək.

Avtomobilə neçə il zəmanət verilir?

    “Nurgün Motors”un salonlarından alınan hər bir avtomobilə 5 il müddətinə və ya 155.000 km zəmanət verilir.

Nissan Servisində endirim kampaniyası nə vaxt olacaq?

    “Nissan” Servis mərkəzlərində mütəmadi olaraq servis kampaniyaları keçirilir. Bu kampaniyalar daha çox mövsümi xarakter daşıyır. Belə ki, ilin fəsilləri dəyişməzdən bir ay öncə həmin fəsilə uyğun servis kampaniyası keçirilməsi nəzərdə tutulur.

Ehtiyat hissəsini kənarda alıb Nissan servis mərkəzində quraşdırmaq olar?

    “Nissan” Servis mərkəzlərində yalnız orijinal Nissan ehtiyat hissələrindən istifadə olunur. Müştərilərə özləri ilə qeyri-orijinal ehtiyat hissələri gətirilməsinə icazə verilmir.

Avtomobili kənarda təmir etdiyim zaman hansı halda zəmanətdən çıxarılır?

    “Nissan” Servis mərkəzlərindən kənarda təmir tövsiyyə olunmur. “Nissan” Servis mərkəzindən kənarda qoyulmuş hər hansı bir aksesuar və ya avadanlıqlara və ya bu avadanlıqların quraşdırılması nəticəsində meydana gələn nasazlıqlara zəmanət verilmir. Avtomobildə hər hansı ehtiyat hissəsinin kənarda dəyişdirilməsi və ya orijinal olmayan ehtiyat hissələrinin və digər avadanlıqların quraşdırılması, avtomobil sahibinin zəmanət hüquqlarına zəmanət müddəti qurtaranadək xitam verilir.

Zəmanətə hansı ehtiyat hissələri daxildir?

    Zəmanətə aid olan ehtiyat hissələri “Nissan” zəmanət müqaviləsində geniş şəkildə qeyd olunmuşdur.

Nissan avtomobilinə əlavə ksenon faralar qoyulursa, avtomobil zəmanətdən çıxır?

    “Nissan” servis mərkəzində ksenon faralar qoyulursa, avtomobil zəmanətdən çıxmır. Əlavə quraşdırılma tarixindən 3 ay keçənədək və ya avtomobillə 5000 km. qət edənədək ( hansı halın tez baş verməsindən asılı olaraq) zəmanət verilir.

Nurgün Motors-dan alınmayan maşınların təmirinə servisdə niyə icazə verilmir?

    “Nurgün Motors” “Nissan”ın Azərbaycanda rəsmi distribütorudur. “Nurgün Motors” Azərbaycana idxal etdiyi bütün avtomobillərə zəmanət verir və həmin avtomobillərin texniki servisini həyata keçirir. Azərbaycana qeyri-rəsmi gətirilən Nissan avtomobillərinə zəmanət verilmir və “Nürgun Motors” tərəfindən həmin avtomobillərə texniki xidmət göstərilmir.

Quraşdırılan ehtiyat hissələri və aksesuarlara nə qədər zəmanət verilir?

    Dəyişdirilmiş ehtiyat hissəsi və ya quraşdırılmış aksesuarların, quraşdırılma tarixindən 3 ay keçənədək və ya avtomobillə 5000 km. qət edənədək ( hansı halın tez baş verməsindən asılı olaraq) zəmanət verilir.

Avtomobilin yağını nə vaxt dəyişdirmək lazımdır?

    Nissan avtomobillərində birinci yağdəyişmə 5000 km məsafəni qət edildikə həyata keçirilir. Bundan sonra hər 7000 km məsafəni qət etdikdən sonra mühərikkin yağı dəyişdirilməlidir. Avtomobil 100 000 km məsafəni qət etdikdən sonra isə hər 5000 km-dən bir mühərrikin yağı dəyişdirilməlidir.

Cihaz panelində “check engine” yazısı nəyi bildirir və bu zaman sürücü nə etməlidir?

Cihazlar panelində “check engine” yazısı mühərriki yoxlatdırmaq lazım olduğunu bildirir. Belə olan halda mütləq servisə müraciət olunmalıdır.



ƏSAS LİNKLƏR