Ümumi məlumat

Test Drive
Nissan subscription

Nissan Rəsmi Servislərinin üstünlükləri

Bütün Nissan Servis mərkəzlərində müştəri məmnuniyyətini təmin edəcək yüksək səviyyəli xidmətlə qarşılaşacaqsınız.

Müştəri məmnuniyyətini qorumaq və müştərilərin gözləntilərindən daha da artıq xidmət göstərmək üçün aşağıdakı 5 mövzunu xüsusilə diqqətdə saxlayırıq.

Bütün Nissan Servis mərkəzləri üçün vacib olan məqam müştəri məmnuniyyətini qorumaqdır.

Keyfiyyət və peşəkarlıq baxımından təqdim etdiyimiz xidmətin fərqini Siz də hiss edəcəksiniz.

Avtomobilinizin dövri təmirini Nissan rəsmi Servis mərkəzlərində edilməyin bir çox səbəbi var:

1. Yeni avtomobilin zəmanəti / Servis işçilik zəmanəti
Avtomobilinizin dövri təmirləri Nissan tərəfindən nəzərdə tutulan standartlara uyğun olaraq həyata keçirilərsə, müqavilədə qeyd olunan müddət ərzində sizin avtomobiliniz zəmanətdədir. Həmçinin Nissan rəsmi servis mərkəzləri tərəfindən görülən bütün işlərə zəmanət verilir.

2. Orijinal Nissan Ehtiyat Hissələri
Orijinal Nissan ehtiyat hissələri Nissan tərəfindən istehsal edilmiş və keyfiyyət nəzarətindən keçmişdir. Orijinal Nissan ehtiyat hissələri qeyri-orijinal ehtiyat hissələri ilə müqayisədə daha etibarlı, daha uzunömürlü və daha təhlükəsizdirlər.

3. Peşəkar texniki heyət
Nissan Servis mərkəzlərində çalışan işçi heyəti Nissan tərəfindən hazırlanan və təqdim edilən xüsusi təlimlərdən keçmişdir. Servis mərkəzlərimizdə çalışan heyət Nissan standartlarına uyğun fəaliyyət göstərir və öz peşəkar tövsiyələri ilə daim sizin xidmətinizdədirlər.

4. Təkmilləşdirilmiş Servis təchizatı
Hər bir Nissan Servis mərkəzi sizlərə daha keyfiyyətli, daha sürətli xidmət göstərmək, avtomobilinizin və Sizin sağlamlığınızın təhlükəsizliyini təmin etmək üçün ən son texniki yenilikləri özündə birləşdirən avadanlıqlarla təchiz edilmişdir. Ən vacib məqamlardan biri isə rəsmi Nissan Servis mərkəzlərinin elektron sistemlərin (mühərrik, avtomatik transmissiya və s.) sürətli və dəqiq diaqnostikasını həyata keçirən CONSULT III PLUS avadanlığı ilə təchiz edilməsidir. CONSULT III PLUS kompüter diaqnostikası vasitəsi ilə avtomobilinizdə yaranmış problem tez bir zamanda müəyyən edilir və aradan qaldırılır.

5. Aktual Texniki Məlumat
Bütün modellər üzrə təmir kataloqları, texniki bülletenlər və istehsalçı tərəfindən təmin edilən online servis dəstəyi ilə Nissan rəsmi Servis mərkəzləri avtomobilinizə ən düzgün xidməti göstərməyə imkan verir. Peşəkar usta heyətimiz avtomobiliniz haqqında ən dəqiq və dolğun məlumata sahibdir.



ƏSAS LİNKLƏR